Rusiya ikinci humanitar yardım partiyasını İrana göndərəcək, bunun üçün Azərbaycanın ərazisindən istifadə ediləcək. Yükün ümumi çəkisi 300 tondan çox olacaq.

Bu barədə məlumatı Bakıda yerləşən Rusiya səfirliyi təqdim edib. Diplomatik missiyanın bəyanatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin yardım partiyası 26 mart tarixində Bakıda «Abşeron» dəmir yolu stansiyasına çatacaq.

Bundan sonra yük avtomobillərlə İranın təyinat yerinə çatdırılacaq.