Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da daxil olmaqla bir qrup dövlət, Qaza sektorunun bərpası üçün $7 milyarddan çox yardım ayırıb.

Bu məlumatı ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında açıqlayıb.

“Region artıq radikalizm və terror mərkəzi deyil. Bugünkü vəziyyətlə son qoymaq üçün, Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytin 7 milyarddan çox yardım paketində iştirak etdiyini məmnuniyyətlə elan edirəm”, – Tramp vurğulayıb.