İranın ali lideri ayətullah Əli Xameneinin sarayı tamamilə dağıdılıb. İsrailin “12-ci kanal”ının məlumatına görə, zərbə anında Xamenei binada olmayıb.

Bundan əlavə, zərbə keçmiş İran prezidenti Mahmud Əhmədinejadın iqamətgahına da dəymişdir. O, 2005-dən 2013-cü ilə qədər bu vəzifəni icra edib. Şahidlərin sözlərinə görə, Tehran bölgəsindəki Narmakda yerləşən bina tamamilə məhv olub, yalnız alovlanan qalıqlar qalıb.

İsrail hərbçiləri həmçinin indiki İran prezidenti Masud Pzeşkiyanın iqamətgahına və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) kəşfiyyat xidmətlərinin qərargahına zərbələr endiriblər. Kütləvi informasiya vasitələrinin məlumatına görə, ümumilikdə 30 -dan çox hədəf vurulub, bunlar arasında Tehran hava limanı da var.