İran hakimiyyəti ABŞ və İsrail məmurlarına beynəlxalq “turizm və əyləncə mərkəzlərində” hücum edəcəkləri ilə bağlı səs-küylü bəyanat verib. İran hərbçiləri, ABŞ və İsrail ordusunun nümayəndələrini, hətta istirahət edərkən və müxtəlif kurort bölgələrində əylənərkən izləmək niyyətində olduqlarını açıq şəkildə bildirib.
İran silahlı qüvvələrinin mətbuat katibi Abolfazl Şekarçi qeyd edib:
“Biz sizin qorxaq məmurlarınızı, komandirlərinizi, pilotlarınızı və zalım əsgərlərizi izləyirik.”
O, əlavə edib ki, “bu andan etibarən, sizə dair məlumatlarımıza əsaslanaraq, dünyanın hər yerindəki sahillər, kurortlar və turizm və əyləncə mərkəzləri də sizin üçün təhlükəsiz olmayacaq.”
Şekarçi, İran məmurlarının son zamanlar öldürülməsi ilə bağlı da şərh verərək, belə hərəkətlərin düşmənin gücünü deyil, daha çox onun ümidsizliyi və acizliyini göstərdiyini vurğulayıb. O, İranın ABŞ və İsrail məmurlarını “edilənlərə görə cavab verməyə məcbur edəcəyini” qeyd edib.
Комментарии 0