Birləşmiş Əmirliklər (BƏƏ) İran aktivlərinin dondurulması variantını araşdırır. Qərb mətbuatında dərc olunan məlumata görə, söhbət bu Fars körfəzində yerləşən ölkədə olan milyardlarla dollardan gedir.
İddia olunur ki, belə bir addım Tehranın mühüm qlobal ticarət şəbəkələrinə girişini əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər ki, bu da ölkənin əsas iqtisadi arteriyalarından biridir. Bu, müharibədən zərər çəkmiş İranın daxili iqtisadiyyatına da mənfi təsir göstərəcək.
Daha əvvəl BƏƏ-nin İran əleyhinə raket və pilotsuz uçuş aparatları hücumları ilə cavab olaraq hərbi əməliyyatlar keçirməyi düşündüyü barədə məlumat verilmişdi.
Комментарии 0